Abdulla Məmmədov
Suraxanı Rayonu, Zığ Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
27 sentyabr 2020-ci il - Azərbaycan xalqı üçün 30 il həsrətində olduğu əzəli torpaqlarının düşmən əsarətindən azad olunmasının başlandığı gündür. 27 sentyabr baslanan müharibə 44 gün davam etdi. 44 gun ərzinde xalq oz birliyini, vətənpərvərlik sevgisini kifayət qədər nümayiş etdirdi. Xalq olaraq bütün dünyaya öz birliyimizi sübut etdik. 44 gün davam edən müharibədə Azərbaycan xalqı öz qəhrəmanlıqlarını, birliklərini göatərdilər. 44 gün davam edən müharibədə Ordumuz düşmənə ağir zərbələr endirərək öz torpaqlarını və 30 il bundan öncə torpaqlarimiz uğrunda şəhid olan əsgərlərimizin,həmçinin 44 günlük müharibədə şəhid olan əsgərlərimizin qisasını aldılar. Biz hər zaman sülh yolu ilə torpaqlarımızı geri qaytarmaq istəsək də,ermənistan buna razı olmurdu. Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücümüzlə torpaqlarımızı geri qaytardıq.
2020-ci il 8 noyabr Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanslı qələbəsi oldu və Azərbaycan tarixinə əbədi həkk olundu. Şuşanın azad olunması ilə Ermənistan tam tərk-silah edildi, bütün manevr imkanları puç oldu. 2020-ci il 10 noyabr Azərbaycan, Rusiya ve Ermənistan arasında Qarabağda müharibənin başa çatması ve atəşkəs elan olunması barədə birgə bəyanat imzalandı. .
Bu Bəyanatla bütün hərbi əməliyyatlar dayandırıldı. Ağdam, Kəlbəcər,Laçın rayonları qan tökülmədən Azərbaycan Respublikasına qaytarıldı. Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirildi. Hər iki tərəf arasında atəşkəs rejiminə əməl olunması ilə bağlı sülhməramlı mərkəz yaradıldı. Hərbi əsirlərin girovların,meyitlərin mübadiləsi həyata keçirildi. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edildi.
Üçtərəfli bəyanatın imzalanması ilə bir sıra iqtisadi, diplomatik və siyasi nailiyyətlər əldə olundu. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının dəstəyi danılmazdır. 2021-ci il iyunun 5-də Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan və Türkiyə arasında tarixi münasibətlər daha da möhkəmləndi.
Beləliklə, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Azərbaycan möhtəşəm qələbəsini rəsmən təsdiqlədi. Ermənistanın 30 ildə uydurduğu miflər 44 gündə darmadağın edildi.