Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin növbəti simvoludur
Vüsalə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
“Suraxanı OYL OK.S.A”Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mühəndisi
Ilk öncə Prezidentimizi yenidən seçildiyi üçün ürəkdən təbrik edirəm. Onun güclü, məğrur və yenilməz xalqımızın, qüdrətli dövlətimizin Lideri olması ilə qürur duyuruq.
Tarixi zəfərə imza atdıqdan sonra Prezidentimizin ilk rəsmi səfəri qardaş Türkiyəyə etməsi bu birliyin sarsılmazlığının növbəti nümayişidir. Prezidentimizin Türkiyəyə rəsmi səfərində qardaş ölkə mətbuatının gündəmində əsas xəbərlərdən biri, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasıdır. Bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək. Çünki bizim gənc nəsil həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalı və bizim milli-mənəvi dəyərlərimizə sadiq qalmalıdır.Gənclərimiz bilikli, savadlı, vətənpərvər insanlar olmalıdır.
Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması tək təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur. İnanıram ki, bu universitet yaxın gələcəkdə nəinki Azərbaycanda, bütün bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək.Bu dövlətimizin daha bir uğurudur.
Bu gün bizim ölkə Türk Dövlətləri Təşkilatında birləşir. Hazırda bir çox dövlətlər var ki, onlar bəşəriyyət tarixinə bir-birinə yaxın, dost və qardaş ölkələr kimi düşüblər. Ancaq onların heç biri ümumilikdə dünya birliyinə örnək olacaq Türkiyə və Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyillər.
Türkiyə və Azərbaycan birliyini, qardaşlığını dünya ölkələrində bir nümunə kimi göstərmək olar. Bunun əsas səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Bizim xalqlarımızın dostluğu, qardaşlığı çətin sınaqlardan çıxıb və böyük tarixi yol keçib.
Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da əbədi olaraq yaşayacaq və yeni-yeni uğurlara, zəfərlərə imza atacaq. Çünki bizim, Azərbaycan dövləti və hər qarış Vətən torpağı naminə, lazım gəlsə, bütün dünyanı qarşısına alacaq siyasi iradəyə malik bir Liderimiz var.