Torpaqlarımızın ərazi bütövlüyü Heydər Əliyevin ən böyük arzusu idi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
1923-cü il mayın 10-da Ulu Öndər dahi siyasətçi Heydər Əliyevin anadan olduğu gün kimi tarixə qızıl hərflərlə yazılmışdır. Heydər Əliyev öz zamanında tarixi sınaqlardan uğurla çıxmış dahi şəxsiyyətdir. Azərbaycan Xalqını yeni əsrə, yeni minilliyə gətirən məhz Heydər Əliyev zəkası olmuşdur. Heydər Əliyevin siyasətə gəlişi, xalqın birliyi ona inamı oldu. Polad iradəli qeyri-adi bacarığı yüksək vətənpərvərliyi sayəsində və məqsədyönlü qərarları öz nəticəsini göstərdi.
Xalqın gələcəyi bu dahi siyasətçinin əlində idi. Birliyimiz sosial-iqtisadi, elmi-texniki, mədəni sahələrin əsaslı sıçrayışına səbəb oldu. Ulu Öndər xalqa güvən hissini və soy-kökə qayıdışını təmin etmişdir. Hər sahədə böyük iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi və istedadı hələ keçmiş SSRİ rəhbərləri arasındada nüfuz qazanmışdı. Qısqanc hisslərin hədəfinə çevrilən dövlət xadimi öz bacarıq və siyasi düşüncəsi nəticəsində 90-cı illərdə qanlı yanvar hadisələri törədən rus imperiyasının təzyiqinə baxmayaraq öz millətinin yanında oldu.
Hər tərəfdən Azərbaycana xain əllərin uzadılmasının qarşısını alan Heydər Əliyev Ermənistan- Azərbaycan münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli yolunu qarşıya qoyduğu başlıca vəzifə oldu. Torpaqlarımızın ərazi bütövlüyü Heydər Əliyevin ən böyük arzusu idi. Onun arzusunu həyata keçirən oğlu cənab İlham Əliyev oldu.
Torpaqlarımız mənfur düşməndən geri alındı. 44 günlük Vətən müharibəsi bunun sübutudur. Neçə- neçə igid oğlanlarımız Vətən yolunda qanlarını, canlarını fəda etdi. Milli Qurtuluş günü Heydər Əliyevin adı ilə bağlıdır. 2023-ci il “Heydər Əliyev İli” kimi tarixə yazıldı. Heydər Əliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Gələcəyimiz və gəncliyimiz Heydər Əliyevin bizlərə miras qoyduğu işıqlı həyat yolu gedəcək.
Yaşasın Ulu Öndərin layiqli davamçısı İlham Əliyev! Biz fəxarətlə öz liderimizi dəstəkləyirik!