“TexnoFestin” əsas məqsədi dünyaya Türkün gücünü göstərməkdir”
Məhəmmədəli Axundov
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, ilk dəfə olaraq şərqdə demokratik respublika adlanması ən böyük nailiyyətlərdən biri idi. 23 aydan sonra 11-ci qızıl ordunun qanlı əməliyyatları nəticəsində Rusiyanın tərkibinə qatılmasına və Azərbaycan xalqının azadlıq ideallarının müstəqil dövlətçilik ənənələrini məhv etmə cəhdlərinə baxmayaraq, tarixi unutdura bilmədilər. Dahi şəxsiyyətlərin əməyi, xalqımızın iradəsi tarixi unutdurmağa imkan vermədi və beləliklə 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır. Elə məhz Azərbaycan respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri Türkiyə oldu. Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və bütün sahələrdə çox uğurla inkişaf etməkdədir.
Keçmiş Dağlıq Qarabağ münaqişəsində Türkiyə Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyib və hər zaman ədalətli mövqeyi dəstəkləyib. Türkiyə və Azərbaycanın bugünədək 200-dən artıq imzalanmış sənədə malikdir ki, bu da, əlaqələrin yaxınlığından xəbər verir. “Şuşa Bəyannaməsi” tərəfdaşlığın ən bariz nümunəsidir. Azərbaycan və Türkiyənin təhlükəsizliyini qorunması istiqamətində imzalanan çox mühüm və tarixi səhifədir. “Şuşa Bəyannaməsi” ndə tarixi Qars müqaviləsinə istinad edilir. Beləki, tərəflərin təhlükəsizliyinə təhdid yaranarsa və beynəlxalq səviyyədə tanınan sərhədlərə güc tətbiq edilərsə, o zaman Ankara və Bakı müştərək addım atmaq hüququnu özündə saxlayacaq. Bəyannamənin məhz Şuşada imzalanmasıda Azərbaycanın qələbəsini bir daha təsdiqlədi. Bununla belə revanşistlərə konkret mesaj verildi ki, yenidən hansısa çirkin əməllərə əl atsalar, hansı güc ilə qarşı-qarşıya qalacaqlar. Nəinki revanşistlərə, hansısa ölkədə Azərbaycanın Respublikasının ərazi bütövlüyünə qarşı çıxarsa, hansı güc ilə qarşılaşacaqlarını bir daha ifadə edir.
“İki dövlət bir millət” şuarı demək olar ki, çox işlənən ifadədir. Daima prezidentlərin bu ifadəni işlətdikdə, hər iki ölkənin vətəndaşları qürur hissi keçirir. Təbii ki, çoxumuzun iştirak etdiyi Teknofestivaldan söhbət gedir. Bu addım ən təqdirəlayiqdir və ilk dəfə olaraq, Türkiyədən xaricdə keçirildi ki, məhz buda Azərbaycan Respublikasının müstəqillik gününə də təsadüf etdi. Festivalın ən böyük məqsədlərindən biri də dünyaya Türkün gücünü göstərməkdir. Selçuk Bayraktarın dediyi kimi bir uşaq gəlsin təyyarəyə toxunsun, bəlkə ölkələrimizi müdafiə edəcək PUA-ları, təyyarələri hazırlayacaqlar. Orada bir çox gəncin həyata keçirdiyi layihələrlə yaxından tanış oldum. Həqiqətən də istedadlı gənclərimizin olması, dövlətin gələcək siyasətində böyük nailiyyətlərin əldə edilməsi deməkdir. Hər bir layihə maraqlı və o qədər də təəccüb hissi yaradırdı. Sonda isə fərqlənən iştirakçılar ölkə başçıları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırıldı.
Rəcəb Tayyip Ərdoğanın keçirilən festivalda iştirak etməsi bir daha qardaşlığın göstəricisi idi. Bakı səmasında süzülən təyyarələrin xüsusi manevrləri, professianallığı ilə bütün dünyaya əks etdirildi. Hər kəsin heyrətlə izlədiyi “Türk Yıldızları”, F16-ın Bakı səmasında göstərdikləri şoularla qürur mənbəyimizə çevrildi. Bu həqiqətən Türk dünyasının gücünün göstəricisi idi. PUA-ların hazırlanması, gedişatı və idarə edilməsi xalqımızın üzünə açıq idi. İnsanların üz ifadəsində olan sevinci, qürurü sözlə ifadə etmək mümkün deyil idi. Anlamaq üçün festivalda iştirak etmək kifayət idi. Əminəm ki, orada iştirak edən heç kəs həmin məqamları unutmayacaq. Çünki yaddaşlarda ən maraqlı xatirələrlə qalır.
Cənab Prezidentin uğurlu siyasəti nəticəsində vaxtı ikən təyyarəsi olmayan ölkənin hazırda hər bir sahədə uğurla inkişaf etməsi göz qabağındadır. Bu müdrik siyasətin göstəricisidir. Vaxtı ikən başı aşağı olan xalqımın hazırda qürurla addım atması məndə gözəl təəssüratlar yaradır.
Mən fəxr edirəm ki, bu dönəmi görürəm və yaşayıram. Tanrı Türk Birliyini qorusun!