Şərqdən Qərbə doğru uzanan nəqliyyat yollarında Xəzər dənizi və Azərbaycan mühim rol oynamaqdadır

Şərqdən Qərbə doğru uzanan nəqliyyat yollarında  Xəzər dənizi və Azərbaycan mühim rol oynamaqdadır

Arzu Hacızadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

8 saylı Birləşmiş Uşaq Xəstəxanasının həkim-pediatrı

Azərbaycanın şərq sərhədləri şimaldan cənuba qədər Xəzər dənizi ilə əhatələnir. Azərbaycanlıların etnik formalaşmasında Xəzər tayfalarının da təsiri vardır. Tarixi mənbələrdə Xəzər dənizinə bəzən Azəri dənizi də deyilir. Bu və digər faktlar Xəzərin Azərbaycan üçün nə qədər böyük bir dəyərə malik olduğunu göstərir.

Müstəqillik illərində Xəzər dənizinin statusunun müəyyən olunmaması, Xəzəryanı dövlətlərin ikili və çoxtərəfli münasibətlərinə heç də yaxşı təsir göstərməyən amil idi. Etiraf etmək lazımdır ki, qonşu dövlətlərin məsələyə qeyri-konstruktiv mövqeyi və ədalətsiz yanaşmaları qarşılıqlı əməkdaşlığı mümkünsüz edirdi. Tehranda Ulu Öndər Heydər Əliyevin İranın ali dini rəhbərinə verdiyi tarixi dərs bir çoxları tərəfindən xatırlanmaqdadır. Çox şükür ki, uzun və keşməkeşli anlaşmazlıq dönəmindən sonra biz əməkdaşlıqdan və qarşılıqlı anlaşmalardan danışa bilirik.  Sevindirici haldır ki, Xəzər dənizininin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll edilməsi artıq günümüzün ən aktual məsələsidir.

Sahilyanı dövlətlərin suveren, müstəsna hüquqlarına və bununla bağlı Tərəflərin müəyyənləşdirdiyi fəaliyyət növlərinə münasibətdə onların qəbul etdikləri qaydalara riayət etməklə dövlətlərin nəqliyyat dövriyyələrini inkişaf etdirməkləri bütün ölkələrin mütləq xeyirinədir.  Qədim İpək Yolunun şərqdən qərbə, Çindən Qərbi Avropaya qədər uzan hissəsində Xəzər dənizi və Azərbaycan çox mühim rol oynamaqdadır. Xüsusi ilə də Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqlar və əməkdaşlıq formatlarında Azərbaycan nəqliyyatın – insanların və yüklərin danışmasında çox əhəmiyyətli rola malikdir.

Nəzərə alsaq ki, Azərbaycan həm də etibarlı enerji təminatçısı hesab olunur. Xüsusi ilə Qərbi Avropa dövlətləri Rusiya qazına alternativ kimi Azərbaycanın yerli istehsalı olan və İran, Orta Asiya dövlətlərindən ixrac olunaraq Avropaya daşınacaq qaza böyük ehtiyac duyur, o zaman Xəzəryanı dövlətlərin əməkdaşlığının əhəmiyyəti daha bariz meydana çıxır. İndi bütün region dövlətləri kimi Orta Asiya dövlətləri də Azərbaycanın yeni reallığını qəbul edir və əməkdaşlıq etmək istəyirlər.

Xəzəryanı dövlətlərin növbəti görüşü və qəbul olunan qərarlar yaxın perespektivdə Zəngəzur dəhlizinin artıq reallığa çevriləcəyini deməyə əsas verir. Zəngəzur dəhlizinin reallığa çevrilməsi təkcə Azərbaycana dividentlər gətirməyəcək, bütövlükdə regionun inkişafına və ölkənin qarşılıqlı əməkdaşlığının genişlənməsinə böyük fayda verəcək. Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostroteji proyektin reallaşmasında maraqlıdır. Xəzər dənizinin isə bu əməkdaşlıqda müstəsna rola malikdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29.06.2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmişdir. Ümumiyyətlə Müzəffər Ali Baş Komandanın Orta Asiya səfərləri Türk dünyasının arzu olunan birliyi naminə xüsusi əhəmiyyətə malikdir. Cənab Prezident bu toplantı zamanı bir sıra vacib məsələlərə toxunub. Qeyd olunmuşdur ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və loqistika mərkəzlərindən biridir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında ölkəmiz mühüm rol oynayır. Azərbaycan dövləti Trans-Xəzər beynəlxalq nəqliyyat marşurutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Bir sözlə, Azərbaycan döyüş meydanında mərd oğulların qanı bahasına əldə etdiyi qələbənin nəticəsində və Müzəffər Ali Baş Komandanın müdrik siyasi-diplomatik gedişləri sayəsində iştirak etdiyi hər toplantının, hər görüşün mütləq dividentlə masadan qalxan tərəfidir.