Şəhid və həssas kateqoriyadan olan ailələrin övladları üçün növbəti sosial layihə həyata keçirilib
YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid və həssas kateqoriyadan olan ailələrin övladları üçün “Cırtdan Show” tamaşasına baxış təşkil olunub.
Həmçinin, layihə çərçivəsində uşaqlar üçün “Face-art” guşəsi təşkil olunub. Balacaların üzlərinə sevimli nağıl qəhrəmanlarının sürətləri və rəngarəng naxışlar çəkilərək əsl bayram əhval-ruhiyyəsi yaradılıb. Bu rəngarəng fəaliyyət uşaqların sevincini daha da artıraraq tədbirə xüsusi rəng qatıb.
YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra olunan sosial layihələrin əsas məqsədi şəhid və həssas kateqoriyadan olan ailələrin övladlarına mənəvi dəstək, onların asudə vaxtlarının səmərəli təşkilinə və cəmiyyətə sürətli inteqrasiyasına töhfə vermək, sevincini paylaşmaq və diqqət - qayğı göstərməkdən ibarətdir.