Şəhid Sərdar İsmayılov anım günündə ehtiramla yad edilib

Şəhid Sərdar İsmayılov anım günündə ehtiramla yad edilib
Bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid İsmayılov Sərdar Sərvər oğlunun anım günüdür.
Anım günündə şəhidin Yeni Suraxanı qəsəbəsində məzarı ziyarət edilib, üzərinə güllər düzülüb, ruhuna dualar oxunub. Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.