Şəhid pilot mayor Murad Məmmədovun şəhadətinin ikinci ildönümü münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub

Şəhid pilot mayor Murad Məmmədovun şəhadətinin ikinci ildönümü münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub
Noyabrın 30-da Şəhid pilot mayor Məmmədov Murad Yaşar oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİB-nin müavinləri və şöbə müdirləri, şəhid ailəsinin üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxunub.
Haqq dünyasına qovuşmuş Şəhidimizə RİH başçısı Əziz Əzizov və Yerli təşkilatın sədri Vüqar Seyidov Allahdan rəhmət diləmiş və doğmalarına təskinlik verərək,  belə vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini bildirmişlər.Həmçinin, 278 saylı tam orta məktəbin şagirdləri şəhidimizin məzarı önündə şerlər səsləndiriblər.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, mayor Murad Məmmədov və daha 13 hərbçi şəhid olub.