12.01.2025-ci ildə Azərbaycan ordusunun əfsanəvi kəşfiyyatçısı, şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsinə həsr olunmuş kikboksinq üzrə yoldaşlıq görüşü keçirilmişdir. Yoldaşlıq görüşünün açılış mərasimində Milli Məclisin deputatı Qaya Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Açılış mərasimində çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov əfsanəvi kəşfiyyatçı,şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsini bir daha uca tutaraq demişdir ki, gənclər, yeniyetmələr arasında şəhidlərə həsr olunmuş yarışların keçirilməsi həm şəhidlərimizi əbədiyaşar edir, həm də gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə, onlarda vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir.
Kəşfiyyatçı, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirmişdir.