Şəhid Fərid Hüseynzadə anım günündə ehtiramla yad edilib

Şəhid Fərid Hüseynzadə anım günündə ehtiramla yad edilib
Oktyabrın 14-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "İgidliyə görə" medallarına layiq görülən şəhid Hüseynzadə Fərid Eldəniz oğlunun anım günü qeyd olunub.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti tərəfindən şəhid Fərid Hüseynzadənin Bülbülə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.