Şəhid Davud Məmmədlinin anım günü qeyd edilib

23 may 2025-ci ildə Şəhid Məmmədli Davud Fuad oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, Əmircan bələdiyyəsinin sədr müavini Cəmilə Ağayeva, digər rəsmi şəxslər, şəhid ailələri şəhidin Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.