Şəhid Cəsarət Səfərovun doğum günündə əziz xatirəsi ehtiramla yad edilib

27 iyun Vətən Müharibəsi şəhidi əsgər Cəsarət Səfərovun doğum günüdür. Şəhidimizin mövludu ilə əlaqədar YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, digər rəsmi şəxslər, Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri Şəhid Cəsarət Səfərovun doğum günündə məzarı ll Fəxri Xiyabanda ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxumuşlar.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.