ŞƏHİD COŞQUN ORUCOVUN MƏZARI DOĞUM GÜNÜNDƏ EHTİRAMLA YAD EDİLMİŞDİR

ŞƏHİD COŞQUN ORUCOVUN MƏZARI DOĞUM GÜNÜNDƏ EHTİRAMLA YAD EDİLMİŞDİR

Yanvarın 28-də YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Elmar Hüseynovun, şöbənin əməkdaşı Dəniz Aslanın, şəhidin oxuduğu 315 nömrəli tam orta məktəbin direktor əvəzi Leyli Rüstəmovanın və müəllim – şagird kollektivinin, o cümlədən şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsinin şəhidi Orucov Coğqun Oruc oğlunun doğum günü münasibətilə Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, ruhuna dualar oxunmuşdur. Şəhidimizin məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.