Şəhid atasının səhhəti YAP Suraxanı rayon təşkilatı tərəfindən nəzarətə götürülüb

Şəhid atasının səhhəti YAP Suraxanı rayon təşkilatı tərəfindən nəzarətə götürülüb

23 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri 44 günlük Vətən müharibəsi şəhidi İsabala Hüseynovun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Qeyd edək ki, Şəhid atası, Birinci Qarabağ müharibəsi qazisi Ceyhun Hüseynov miokardın kəskin subendokardial infarktını keçirmişdir. Həkimlərin vaxtında və dəqiq müdaxiləsi sayəsində Şəhid atasının həyatını xilas etmək mümkün olmuşdur.

Şəhid atası Ceyhun Hüseynovun səhhəti YAP Suraxanı rayon təşkilatı tərəfindən nəzarətə götürülmüş və ona müalicəsi üçün maddi yardım göstərilmişdir.

Göstərilən diqqət və qayğıya görə Şəhid ailəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Mehriban xanım Əliyeva və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirib.