Şəhid anası Saray Quliyevanın 75 illik yubileyi qeyd olunub

Şəhid anası Saray Quliyevanın 75 illik yubileyi qeyd olunub

8 avqust 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və aparatının əməkdaşları yerli təşkilatın inzibati binasında uzun illər Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının yaxın dostu, təəssübkeşi olmuş Şəhid anası və Şəhidin həyat yoldaşı Saray Quliyevanı 75 illik yubileyi münasibəti ilə təbrik etmişlər.

Səmimi mühitdə keçən görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Saray Quliyeva uzun illərdir Şəhid anası və Şəhidin həyat yoldaşı kimi öz ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə, Şəhid ailə üzvülərinin sosial, ictimai həyatlarının yaxşılaşdırılmasına həsr edib.

Yerli təşkilatın sədri Vüqar Seyidov qeyd edib ki, Saray Quliyevanın İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində canını qurban vermiş Şəhidlərimizin ailələrinin təşkilatlanmasında, onların ictimai işlərdə fəallıq göstərməsində və keçirilən tədbirlərin yüksək səviyyədə iştiraklarında əməyini danılmazdır.

Saray Quliyevanın Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının yaxın dostu və təəssübkeşi kimi fəaliyyəti özünüzdən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli,  vətənpərvər, vicdanlı, vətəndaş borcuna məsuliyyətlə yanaşan, Şəhid ailələri arasında hörmət qazanan, dünyagörüşlü, təcrübəli, xeyirxah ağbirçək olmaqla yanaşı, həm də  ictimai fəal kimi ölkəmizə sədaqətlə xidmət etmiş, bu dövr ərzində keçirilən bütün seçkilərdə, təbliğat işində fəallığı ilə seçilmişdir. Dövlətimizin, Ulu Öndər Heydər Əliyevin irsinin və Prezident cənab İlham Əliyevin siyasətinin geniş kütlələr arasında yayılmasında aktiv iştirak etməkdədir.

Göstərilən diqqətə və qayğıya görə yubliyar, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının yaxın dostu, təəssübkeşi olmuş Şəhid anası və Şəhidin həyat yoldaşı Saray Quliyeva YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Saray xanım bildirmişdir ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.