Şəhid ailəsinin YAP Suraxanı rayon təşkilatına edilmiş müraciəti öz müsbət həllini tapmışdır

Şəhid ailəsinin YAP Suraxanı rayon təşkilatına edilmiş müraciəti öz müsbət həllini tapmışdır

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Qasımzadə İnqilab Füzuli oğlunun ailəsi tərəfindən YAP Suraxanı rayon təşkilatına şəhidin məzarının ətrafının abadlaşdırılması ilə bağlı müraciət edilmişdi. Şəhid ailəsinin müraciəti dərhal yerli təşkilatın sədri tərəfindən nəzarətə götürülmüş və ailənin müraciəti öz müsbət həllini tapmışdır.

26 dekabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhid Qasımzadə İnqilab Füzuli oğlunun əbədi istirahətgahını ziyarət etmiş, məzarı önünə tər güllər düzmüş, dualar oxunmuşdur.


Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.