Şuşada “Euronews” kanalına verilmiş sonuncu müsahibə dünyaya növbəti ismarıcdır
Vüsalə Kazımova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı
Son illər beynəlxalq aləm, o cümlədən jurnalistlər Cənubi Qafqazda baş verən reallıqları, cərəyan edən prosesləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən öyrənir. Ölkə başçısı bir başa kommunikasiyalara açıq, dialoqa hazır, ünsiyyətdə səmimi bir liderdir. Onunla istənilən mövzuda diskussiya aparmaq, müsahibə götürmək maraqlıdır. Növbəti belə müsahibələrdən biri də iyulun 22-də “Euronews” televiziya kanalına verdiyi müsahibə idi. Artıq bütün dünyaya məlumdur ki, Azərbaycanın beynəlxalq böyük nüfuzu var, o Cənubi Qafqazın ən mühum ölkəsi kimi tanınmaqdadır və Vətən müharibəsindən sonra bölgənin gələcək taleyini, sülh, təhlükəsizlik və əməkdaşlıqla bağlı gündəliyini Azərbaycan müəyyənləşdirir.
“Euronews” televiziya kanalına müsahibə verən cənab Prezident İlham Əliyev 2020-ci il noyabrın 10-da Bəyənatı imzaladığımız zaman vəziyyət dayanıqlı sülhü təmin etmədiyini, onun sülh razılaşması yox, bəyənat olduğunu əslində isə Ermənistanın kapitulyasiya aktı olduğunu vurğuladı. Ölkə başçısı sülh sazişinin vacibliyini söyləyərək, sülh sazişində onların və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsiplərindən qeyd etdi.Həmçinin təklifin biz tərəfindən masa üzərinə qoyulduğunu ,30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduğumuzu söylədi .Prezident hər zaman hər yerdə vurğulayır ki, ədalətli mövqe tutaraq heç bir ərazi iddiası yoxdur və ermənilərə də mesajı budur ki,hər iki dövlət arasında sülh olmasını istəyir,beynəlxalq aləmə ölkəmizin bölgə ilə bağlı xoş niyyətini bəyan edir.
Ölkə başçısı qeyd etdi ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir, Ermənistan tərəfi öz iddialarını ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar o zaman biz tezliklə sülh variantını tapa bilərik. Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həlli elə bir mərhələdədir ki,beynəlxalq ictimaiətin mövqeyi kifayət qədər mühüm rol oynamaq imkanındadır. 1992-ci ildən etibarən Avropa ittifaqı işğal dövründə heç bir vasitəçilik prosesinin bir hissəsi olmadığını indi isə fəal olduğunu, Minsk qrupunun fəaliyyət göstərmədiyini dünyaya çatdırdı və onu da qetd etdi ki, Avropa ittifaqı istəsə, ən yaxşı vasitəçi ola bilər.
Prezident Atəşkəs Sazişinin-Bəyanatın nə Birləşmiş Ştatlar, nə də Avropa ittifaqının deyil, Rusiya olduğunu qeyd elədi. Ermənistanın baş naziri ilə görüşlərin Rusiya tərəfindən təşkil olunduğunu söylədi və əslində prosesin kim tərəfindən aparılacağı bizim üçün böyük fərq etmədiyini, bizim sülh sazişi ilə nəticələnəcək təşəbbüs irəli sürən hər hansı tərəfi dəstəkləyəcəyini, yaxşı nəticə əldə etməyin vacibliyini söylədi. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Hər iki dövlət arasında ticari dövriyyələr, daşımalar infrastrukturuna aid bir çox layihələr var. Bütün bunlar bir-birimizin milli maraqlarının, ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslandığını vurğuladı.
Prezidentin səsləndirdiyi fikirlər dünya liderlərinin, siyasi ekspertlərin hər zaman marağında olmuşdur. Artıq hər kəs bilir ki, Prezident İlham Əliyevin sözü imzası qədər güclüdür. Onun fikirləri, dediyi sözlər yerinə yetirilir. Gördüyü tədbirlər həyata keçir. Onun bütün dediklərini siyasətçilər, siyasi ekspertlər ayrı-ayrılıqda təhlil edir və qısa müddətdən sonra gerçəyə çevrildiyinin şahidi olurlar. Ölkə başçısı yüksək diplomatik məharəti ilə təkcə Azərbaycan həqiqətlərini deyil, həmçinin ölkəmizin qarşıdakı hədəflərindən dünyaya ismarıclar ötürdü.