Şuşa Media Forumu səmimi müzakirələr üçün ideal platformadır

Pərvanə Cəfərova
Suraxanı Gənclər Evinin əməkdaşı
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Cənab Prezidentin öz sözləri ilə desək, Ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Şuşa Media Forumu səmimi müzakirələr üçün ideal platformadır. Sevindirici haldır ki,Azərbaycanın növbəti uğurlu media sahəsində müzakirə platfirmasına, brendinə çevrilmiş Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Qlobal Media Forumu Azərbaycanın media, diplomatiya və qlobal gündəlikdəki fəal rolunu nümayiş etdirir. Mühim tədbirdə Prezident cənab İlham Əliyev Azərbaycanın xarici siyasətinin əsas prinsipləri və prioritetləri barədə ətraflı fikirlərini səsləndirmişdir.
Dövlət başçısı vurğulamışdır ki, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir və bu amil regional və qlobal kontekstdən ayrı götürülməməlidir. Prezident qeyd etmişdir ki, milli maraqların müdafiəsi zamanı qonşu ölkələrin baxışlarını da nəzərə almaq vacibdir, bu isə qarşılıqlı anlaşma və səmərəli dialoq üçün əsasdır.
Bir çox məsələyə milli mövqeyimizi ifadə edən cənab Prezident, həmçinin ABŞ-Azərbaycan münasibətlərində mövcud vəziyyət və perspektivlər barədə geniş məlumat vermişdir. O, Tramp Administrasiyasının ABŞ-Azərbaycan əlaqələrini gücləndirməyə xidmət edən addımlarını təqdir etmiş, digər ABŞ Administrasiyalarının münasibətində yaranmış çətinliklərə toxunmuşdur. Dövlət başçısı ABŞ Konqresində ermənipərəst lobbinin Azərbaycana qarşı tətbiq etdiyi sanksiyaların həqiqətə uyğun olmadığını və Ermənistanın ölkəmizin ərazilərini işğal etdiyini diqqətə çatdırmışdır. ABŞ ilə təhlükəsizlik və enerji sahələrində əməkdaşlığın davam etdiyini vurğulamışdır.Onu da qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsini nəzərdə tutulmur, bu, həm də beynəlxalq əhəmiyyətli tranzit marşrutdur.
Çin indi dünyanın yüksələn iqtisadi, siyasi və sosial dəyəridir. Çin Xalq Respublikası ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışan Prezident İlham Əliyev Çin ilə imzalanmış “Strateji tərəfdaşlıq haqqında Bəyanat” və “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” sənədlərinin iki ölkə arasındakı münasibətlərin möhkəmliyini nümayiş etdirdiyini vurğulamışdır. Viza rejiminin sadələşdirilməsi ilə bağlı atılan addımlar xalqlarımız arasında əlaqələrin genişlənməsinə təkan verəcəkdir. Azərbaycan Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və bu istiqamətdə ölkəmizdə infrastrukturun inkişaf etdirildiyini qeyd etmişdir.
Azərbaycan hər zaman sülh tərəfdarı olmuşdur. Hətta torpaqları işğal altında olanda belə, bizim sülhsevər mövqeyimiz davam edib. Şuşa Qlobal Media Forumunu beynəlxalq media qarşısında Azərbaycanın bir daha sülh siyasətinin tərəfdarı olduğunu göstərdi. Ukrayna və Rusiya arasında münaqişənin həllində Azərbaycan tərəfinin vasitəçilik rolu ilə bağlı mövqeyini açıqlayan Prezident İlham Əliyev bildirmişdir ki, ölkəmiz ancaq dəvət olunduğu halda bu prosesdə iştirak edəcək və lazımi vasitəçilik göstərəcəkdir.
Dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) potensialını yüksək qiymətləndirərək, Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətində müşahidə olunan dinamik inkişaf barədə məlumat vermişdir. ECO üzv ölkələr arasında daha fəal çoxtərəfli əməkdaşlığın zəruriliyini vurğulamışdır.
Prezident İlham Əliyev xarici siyasətin istiqamətinin dəyişmədiyini, lakin yeni mərhələdə daha fəal və geniş spektrli xarici əlaqələrin qurulduğunu bildirib. Azərbaycan daha güclü, daha müasir və dayanıqlı bir dövlətə çevriləcək. Bu, qəti və milli mövqedir. Qarabağ münaqişəsinin həllindən sonra beynəlxalq arenada Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə artdığını və müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqaz, Orta Şərq və Mərkəzi Asiyada fəal iştirak etdiyini qeyd etmişdir.
Prezidentin Forumda səsləndirdiyi fikirlər diplomatik ritorika deyil, xalqın iradəsidir. Qərbin ictimai rəyi və media təsirinin Azərbaycana münasibətdə ədalətsiz və mənfi olduğunu vurğulayan Prezident cənab İlham Əliyev bu vəziyyətin bir səbəbinin ABŞ-da fəaliyyət göstərən erməni lobbi qrupları olduğunu bildirib. Dövlət başçısı Azərbaycan haqqında saxta məlumatların yayılmasının və media hücumlarının ölkəmizə qarşı uzun müddətli təzyiq siyasətinin tərkib hissəsi olduğunu qeyd etmişdir.