“Şuşa Bəyannaməsi“ iki dövlət arasında dostluq və qardaşlıq siyasətini bir daha təsdiq edir

“Şuşa Bəyannaməsi“ iki dövlət arasında dostluq və qardaşlıq siyasətini bir daha təsdiq edir

Şaiq Səfərov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı RİH başçısı aparatında Layihə Smeta Bürosunun rəisi

1991-ci ildə qazanılan müstəqillik səriştəsiz adamlar tərəfindən aparılan uğursuz siyasət nəhayətində Qarabağ işğalı ilə nəticələndi. Azərbaycan 30 illik vətən həsrətinə düçar oldu.

27 sentyabr 2020-ci il başlanan 44 günlük müharibə Azərbaycan xalqının tarixinə silinməz qazınmış zəfər kimi yazıldı. Azərbaycanın böyük oğlu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti Müzəffər Ali Baş Komandan İlham Əliyevin davam etdirməsi unudulmaz qələbəyə gətirib çıxardı. Azərbaycan bütün daxili və xarici siyasətini 30 il ərzində Qarabağın işğaldan azad olunmasına həsr etdi. Uğurlu iqtisadiyyatin, hərbi siyasətin daimi inkişaf strategiyası müharibəni zəfərlə nəticələndirdi.

15 iyun 2021-ci il tarixində Pənahəli xanın qalasında böyük tarixi hadisə olan “Şuşa bəyannaməsi” imzalandı. “Şuşa bəyannaməsi”nia iki qalib lider, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev imzaladı. Bu tarixi müqaviləsində 100 il bundan öncə imzalanan “Qars müqavilə”sinə istinad edilir.

Bəyannamə iki dövlət arasında dostluq və qardaşlıq siyasətini bir daha təsdiq edir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın rəhbərliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. 

Bəyannamədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulanır.

Bu bəyannamə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirir.

Bəyannamədə hər iki dövlətə üçüncü dövlətin müdaxilə olunmasının yolverilməz olduğu və bunun qarşlıqlı hərbi əməkdaşlıqla həll olunacağının qeyd edilməsi Azərbaycanın sərhədlərinin möhkəmlənməsi üçün vacib amillərdən biridir.

Bəyannamədə qeyd edilir ki,”Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər”. Bəyannamənin bu bölməsi xüsusilə vurğulanmalıdır. Çünki regionun əlverişli siyasi bir ərazidə olması Azərbaycana qarşı böyük güclərin mənfi maraqlarının həyata keçirmək istəklərinə birbaşa mane olur.

Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi qeyd edilir.

İki dovlət arasındakı terrorçuluğa qarşı mübarizə, türk diasporalarının fəaliyyətinin möhkəmləndirilməsi, gənclər siyasəti, təhsil və bütün əhəmiyyətli məsələlər qeyd edilir.

Hal-hazırda Azərbaycan yenidənqurma siyasətini həyata keçirməkdə, xarici investrların Azərbaycana cəlb edilməsində böyük uğurlar əldə edir. Qarabağın yenidən qurulması və “Böyük qayıdış” siyasətinin həyata keçirilməsi üçün bütün aidiyyatı özəl və dövlət qurumları xüsusilə cəlb olunmuşdur.

Regionda sülhün bərqərar olunması Azərbaycan və Türkiyə respublikaları üçün ilk sırada durması əlbəttə ki, iqtisadi inkişafa öz töhfəsini verir.Türkiyə kimi böyük qardaşın Azərbaycanın yanında olması Azərbaycan xalqını qürurlandırır. Bu günümüz və gələcək nəsillərin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bu çətin yolda dövlət başçımızı dəstəkləyib onun uğurlu siyasətinə arxalanmalıyıq.