Bu gün Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və boyunca İranla həmsərhəddə yerləşən Füzuli rayonunun ərazisi Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. İnzibati ərazinin ilkin adı Qarabulaq olmuş, daha sonra isə Qaryagin olaraq adlandırılmışdır. Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonunun ərazisində Əhmədalılar və ya Arğalı türbəsi, Babı türbəsi Mirəli türbəsi kimi Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, 23 Avqust 1993-cü ildə ermənilərdən ibarət silahlı terror qrupları tərəfindən işğalı zamanı atalarımızdan bizə miras qalmış və xalqımız üçün tarixi əhəmiyyət daşıyan abidələri ilə bərabər dinc əhalinin evləri də onların vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.
1994-cü ilin yanvarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olundu. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına düşmüşdür. Ancaq, Füzuli rayonunun erməni terror dəstələrinin nəzarətində qalan kəndləri həsrətlə öz sahiblərini gözləyirdi. İşğaldan azad olunaraq əsl sahiblərinə qovuşmaq arzusundaydı, işğalda olan bu torpaqlar.
Nəhayət o gün gəldi. Ermənistanın təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalda olan torpaqlarımızın azad olunması üçün qəhraman ordumuz tərəfindən silahlı erməni terrorçularına qarşı hərbi əməliyyatlar başlanıldı. Ermənilər “Ohanyan səddinin” ordumuz tərəfindən yarılacağına inanmırdılar. Hətta onlar dövlətimizi hədələməkdən belə çəkinmirdilər. Ancaq onların diqqətə almadığı bəzi nüanslar var idi. Bunlardan birincisi Müzəffər Ali Baş Komandanın qətiyyətliliyi, ikincisi ordumuzun döyüş hazırlığı və şücaəti, üçüncüsü isə xalqın ordu il birliyi.
Füzuli əməliyyatı nəticəsində Füzuli şəhəri işğaldan tam azad edildi. Nəticədə cənub-şərq cəbhəsində səddin əsas dayaq nöqtəsi məhv edilir. Bununla da bu ərazidə sədd tamamən ələ keçirildi. Qəhraman ordumuz tərəfindən darmadağın olunmuş "Yenilməz Ohanyan səddi" öz mövcudluğunu tamamən itirir. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin işğaldan azad olunmasını elan etdi.
17 oktyabr 2020-ci il tarixdə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa olan müraciəti, xalqın səsini dünyaya çatdıran tarixi bir bəyanatdır. Bu bəyanatda təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini sevincini və əbədiyətə qədər var olan xalq ilə Prezidentin vəhdətini təşkil edən dahiyanə siyasətin göstəricisidir.
Bu gün tarixi bir gündür. Füzüli rayonunun erməni terrorçularından azad olunduğu gündür. Bir daha gözün aydın olsun Vətən. On yeddisi oktyabr nəinki Füzulililərin xatirəsində, həm də Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün qəhraman ordumuz tərəfindən ermənilərin “Yenilməz ordu”, “Keçilməz Ohanyan səddi” mifologiyalarının darmadağın olunduğu bir gündür. Xalqımız cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazdı. Biz xoşbəxtik ki, bu anları yaşayırıq.
Füzuli rayonu dövlətin diqqət və qayğısı ilə daim əhatə olunub. Bu gün Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır. Rayonun işğaldan azad olunmuş ərazisində tikinti-quruculuq abadlıq işləri sürətlə davam edir. Belə ki, qısa bir zamanda 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanı, Füzuli şəhərini Şuşa şəhərinə bağlayan birbaşa avtomobil yolu Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" istifadəyə verilmişdir.
Yurd həsrətli insanlarımız işğaldan azad olunmuş öz doğma yurdlarına dönəcəklər. Cəngi haraylı “Horadiz halayı” xoş müjdəli Qələbə Halayına çevrilməsi ilə xalqa bu sevinci yaşadan Müzəffər Ali Baş komandan İlham Əliyevin dahiliyi və qəhraman ordumuzun şücaəti tariximizə qızıl hərflərlə yazılacaq və hər bir azərbaycan vətəndaşının qəlbində əbədi olaraq yaşayacaqdır.