Suraxanıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Suraxanıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Noyabrın 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə Qaraçuxur qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasında 600 ədəd Eldar şamı, 300 ədəd zeytun ağacı əkilib, eləcə də onlar suvarılıb və aqrotexniki qulluq göstərilib.