18 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının icrası ilə bağlı müvafiq tədbirlər planına uyğun olaraq Suraxanı rayonu Hövsan qəsəbəsində çimərlikdə təmizlik aksiyası həyata keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının həyata keçirdiyi aksiyada yerli təşkilatın sədri Vüqar Seyidov, təşkilatın aparatının əməkdaşları, gənc könüllər və ekokönüllülər aktiv iştirak etmişlər.