Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
Yeni Azərbaycan Partiyasının konfrans zalında YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 18 (43 saylı Şəhər Poliklinikası) ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri ilə yerli təşkilatın sədr müavini Salman Əbdülovun və təşkilatın nümayəndələrinin görüşü keçirilmişdir.
İclasa sədrlik edən ƏPT sədri Ramella Quliyeva YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları qurumun ümumi fəaliyyəti, səhiyyə sahəsində son illər ərzində aparılan islahatlar, tibb işçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əldə olunan uğurlar və nailiyyətlər haqqında məlumat verdi.
ƏPT sədr müavini Şəfa Yusubova çıxış edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verdi. Ş.Yusubova yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı geniş məlumat verdi.
ƏPT-nin fəal üzvü Şəbnəm Rzayeva öz çıxışında Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə öz münasibətlərini bildirərək müntəzəm olaraq ölkəmizin inkişafı və uğurları barədə KİV-lərdə və sosial şəbəkələrdə aktivliyin təmin olunması və çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılması ilə bağlı görülən iş haqqında, gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında məlumat verdi.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının əməkdaşları Dilarə Əzizova, Ənvər Haqverdiyev və Fərəh Məcidzadə kurasiya etdikləri uçot qeydiyyatı işi, ideoloji işin səmərəli təşkili, KİV-lərdə və sosial şəbəkələrdə görülən iş, ictimai – siyasi işlərdə gənc fəalların fəaliyyətinin davamlılığı barədə övsiyyə və təlimatları üzvlərin nəzərinə çatdırdılar.
Sonda yerli təşkilatın sədr müavini Salman Əbdülov YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri öz fəallıqları ilə rayonun ictimai-siyasi həyatında müsbət mənada fərqlənməyi bacarmışlar. Salman Əbdülov ölkənin əldə etdiyi uğurlara və bu uğurların qorunub saxlanması naminə vətəndaşların həmrəylik məsələsinə toxunaraq demişdir ki, hər bir YAP üzvü öz ölkəsinin inkişafı naminə ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir. Yerli təşkilatın sədr müavini eyni zamanda YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.