Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi 1-ci döngə 10 (Suraxanı OYL OKSA) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülovun iştirakı ilə görüş keçirilmişdir.

İclasa sədrlik edən ƏPT sədri Elvin Ağayev YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları qurumun ümumi fəaliyyəti, neft-qaz sənayesi sahəsində son illər ərzində aparılan islahatlar, neftçilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əldə olunan uğurlar və nailiyyətlər haqqında məlumat verdi.

ƏPT sədr müavini Musa Nağıyev çıxış edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verdi. M.Nağıyev yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı geniş məlumat verdi.

ƏPT-nin fəal üzvü Gülnar Əliyeva öz çıxışında Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə öz münasibətlərini bildirərək müntəzəm olaraq ölkəmizin inkişafı və uğurları barədə KİV-lərdə və sosial şəbəkələrdə aktivliyin təmin olunması və çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılması ilə bağlı görülən iş haqqında məlumat verdi.

ƏPT-nin gənc fəal üzvü İlkin Muradov gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdi.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi 1-ci döngə 10 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri öz fəallıqları ilə rayonun ictimai-siyasi həyatında müsbət mənada fərqlənməyi bacarmışlar. Vüqar Seyidov ölkənin əldə etdiyi uğurlara və bu uğurların qorunub saxlanması naminə vətəndaşların həmrəylik məsələsinə toxunaraq demişdir ki, hər bir YAP üzvü öz ölkəsinin inkişafı naminə ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir. V.Seyidov eyni zananda YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Yerli təşkilatın sədri ƏPT-nin üzvlərinə öz tapşırıq və tövsiyyələrini vermişdir.