Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Məktəb küçəsi 24 A ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatının sədr müavini Salman Əbdülovun iştirakı ilə görüş keçirilmişdir. ƏPT-nın sədri Nizaməddin Ağcayev çıxış edərək yığıncaq iştirakçılarını salamlamış, iclasın gündəliyində 1 məsələnin – ƏPT-da ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görüləcək işlər haqqında məlumat verdi. N.Ağcayev yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.

ƏPT-nin sədr müavini Kəmalə Əmirzadə, partiya üzvləri Güllər Məmmədli, Pərvanə Çopsiyeva və Aytac Məmmədova təmsil olunduqları peşə sahələrində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdi.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov YAP üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.