Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın məsləhətçisi Kürsüm Həsənovanın iştirakı ilə görüş keçirilmişdir. ƏPT sədri Rəna Abutalıbova çıxış edərək yığıncaq iştirakçılarını salamlamış, iclasın gündəliyində 2 məsələnin – ƏPT-da ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görüləcək işlər haqqında və ƏPT-nin sədr müavininin seçkisi haqqında məlumat verdi. R.Aburalıbova yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.
ƏPT üzvləri Solmaz Səfərova, Aynur İmanova və Badamxanım Kərimli təmsil olunduqları peşə sahələrində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdilər.
ƏPT sədri R.Abutalıbova Aytən Talıbovanın ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində A.Talıbova sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova YAP üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.