Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 105 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iştirak etmişdir. Ərazi partiya təşkilatının sədr müavini Kəminə Zalova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra iclasın gündəliyində 2 məsələnin – ƏPT-da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perspektivdə görüləcək işlər, eyni zamanda yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.
K.Zalova sonra YAP üzvlərinə ƏPT-nin sədrinin seçkisi haqqında məlumat verdikdən sonra o, Günel Fətəliyevanın ƏPT-nin sədri kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Günel Fətəliyeva sədr seçilmişdir.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 105 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Sonda bir qrup YAP üzvünə vəsiqələr təqdim olunmuşdur.