Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
ƏPT üzvü Vüsalə Əhmədova təmsil olunduqları peşə sahələrində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdilər.
ƏPT üzvü Arzu Qədirova Əsədullah Sultanovun ƏPT-nin sədri kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Əsədullah Sultanov sədr seçilmişdir.
Sonda YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 14 yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.