Suraxanı Rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir
Noyabrın 18-də Əmircan qəsəbəsi Zülal Tağıyev küç 14 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (ƏPT) Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açıq elan edən Əmircan qəsəbəsi Zülal Tağıyev küç 14 ünvanında yerləşən Ərazi Partiya Təşkilatının sədri Ceyran Novruzova bildirdi ki, Yeni Azərbaycan Partiyasının böyük gələcəyi vardır. Çünki partiya vətandaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadirdir. Azərbaycan xalqının taleyi ilə əlaqədar olan məsuliyyəti öz çiyinlərinə götürən və daşıya bilən bir partiyadır. Ona görə də Yeni Azərbaycan Partiyasi yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi ləyaqətlə təmsil edəcəkdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək partiya üzvlərini 30 illik yubiley münasibət ilə təbrik etdi. O, bildirdi ki, Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, o həm də xalqın məsuliyyətini öz üzərinə götürmüş sosial məfhumdur. YAP-ın Proqramı, Nizamanməsi və Əsasnaməsi şam işığında Ulu Öndər Heydər Əliyev tərəfindən sətir-sətir, bənd-bənd yazılmışdır. Yerli təşkilatın sədri onu da xüsusi vurğuladı ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı hər bir Suraxanı Rayonunda yaşayan, çalışan, fəaliyyət göstərən partiya üzvünün doğma evidir. YAP-ın 30 illik siyasi fəaliyyətində rayon təşkilatının öz töhfələri və hər bir üzvün isə əməyi vardır.
Sonra bir neçə Əmircan qəsəbəsi Zülal Tağıyev küç 14 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında təmsil olunan partiya üzvü çıxış edərək Yeni Azərbaycan Partiyası ilə qürur duyduqlarını ifadə etmişlər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına, fəxri fərmanlar, təqdim edilib.