Yanvar 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində "Şərəf" ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüsü, xalq artisti Flora Kərimova ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Jalə Əhmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.