Suraxanı Rayonunda “Ulu Öndərin Mənəvi Dünyası” adlı tədbir keçirilib

Suraxanı Rayonunda “Ulu Öndərin Mənəvi Dünyası” adlı tədbir keçirilib

Mayın 8-də Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təqdim etdiyi “Ulu Öndərin Mənəvi Dünyası” adlı tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü cənab Musa Quliyev, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc xanım Fətəliyeva, Milli Məclisin İntizam Komissiyasının, Təbii ehtiyatlar, energetika və ekologiya, Elm və təhsil komitələrinin üzvü deputat  Afət xanım Həsənova, Milli Məclisinin elm və təhsil, gənclər və idman komitələrinin üzvü cənab Etibar Əliyev, Yeni Azərbaycan Partiyasının Veteran Şurasının üzvü, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək, gül dəstələri düzüblər. Daha sonra Suraxanı Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsindən danışaraq bildirib ki, dahi şəxsiyyətin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu. Həmin qətiyyətin, siyasi iradənin dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirildiyini və Vətən müharibəsində 30 ilin işğalına son qoymağın böyük şücaətin, qəhrəmanlığın, Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsi olduğunu bir daha vurğuladı.

YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov öz çıxışında bildirmişdir ki,  Ümummilli Lider Heydər Əliyev dünyada yaşayan, öz dövründə birgə çalışdığı insanların belə “siyasət çinarı” adlandırdığı bir siyasi xadim olub. Heydər Əliyevlə dünyanın hər hansı bir liderini müqayisə etmək doğru deyil. Çünki paralellər apararkən, təhlillər edərkən görürsən ki, Ulu Öndərin fəaliyyət göstərdiyi dövr və geosiyasi vəziyyət tam fərqlidir. Ölüm-qalım savaşı verən bir millətə başçılıq etmək, onu tarixin səhifələrindən silinməyə qoymamaq hər liderə xas xüsusiyyət deyildir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü cənab Musa Quliyev çıxış edərək bildirdi ki, bu gün yaşadığımız, nemətlərindən istifadə etdiyimiz müstəqil, bütöv, tam, suveren Azərbaycan ideyasına hamıdan çox Ulu Öndər Heydər Əliyev inanıb, etimad edib. Sovet dönəmində müstəqil dövlətin bünövrəsini  məhz Ümummilli Lider qoyub.

Milli Məclisinin elm və təhsil, gənclər və idman komitələrinin üzvü, deputat cənab Etibar Əliyev öz çıxışında vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti hələ çox araşdırılmalı və öyrənilməlidir.

Yeni Azərbaycan Partiyasının Veteran Şurasının üzvü, əməkdar elm xadimi, professor Şahlar Əsgərov çıxış edərək Ulu Öndərlə bağlı şəxsi xatirələrini bölüşərək dedi ki, Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin mənəvi dünyası onun bütün həyat yoluna istiqamət verib.

Həmçinin tədbirdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Heydər Əliyevin 100 illik” yubiley medalı ilə təltif olunan Suraxanı rayon sakinlərinə həmin medallar təqdim olunmuşdur. Daha sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının ictimai həyatında səmərəli fəaliyyətinə görə bir neçə partiya fəalı "Təşəkkürnamə" ilə təltif olunmuş və yeni üzv olmuş bir qrup şəxsə partiya vəsiqələri təqdim olunmuşdur.

Daha sonra davam edən konsert proqramında Respublikanın əməkdar artistləri Zakir Əliyev, Gülüstan Əliyeva, Muğam Televiziya Müsabiqəsinin laureatı Kamilə Nəbiyeva, sevilən ifaçı Rəvan Qarayev, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin “Nəğməli Bakı” vakal instrumental ansanblı çıxış ediblər.