Suraxanı rayonunda şəhid Əhməd Kərimovun mövlud günü qeyd olunub

Suraxanı rayonunda şəhid Əhməd Kərimovun mövlud günü qeyd olunub
4 avqust Vətən Müharibəsi şəhidi əsgər Kərimov Əhməd Vaqif oğlunun mövlud günüdür. Şəhidimizin dünyaya gəlməsinin 33-cü ildönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər, ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının nümayəndələri öncə Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə-Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşlar.
Qeyd edək ki, şəhid əsgər əsgər Kərimov Əhməd Vaqif oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.