Suraxanı Rayonunda şəhid Elmaz Hacıyevin xatirəsi ehtiramla yad edilib

Suraxanı Rayonunda şəhid Elmaz Hacıyevin xatirəsi ehtiramla yad edilib
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı", "Qubadlının azad olunmasına görə" və “Laçının azad olunmasına görə” medallarına layiq görülən şəhid Hacıyev Elmaz Elmar oğlunun anım günü qeyd olunub. 
Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında Elmaz Hacıyevin məzarı ziyarət edilərək gül dəstələri düzülüb, ruhuna dualar oxunub, şəhidin xatirəsinə ehsan süfrəsi açılıb. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmilər iştirak etmişlər.
Şəhidimiz Elmaz Hacıyevin timsalında hər bir qarışı bizə əziz olan Vətən torpaqlarımızın işğaldan azad olunmasında fədakarlıq göstərən, öz milləti, yurdu, eli uğrunda canını düşmən gülləsinə sipər edən Şəhidlərimizə Allahdan rəhmət dilənib.
Şəhid anası Səxavət xanım göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını ifadə edib.