Suraxanı rayonunda şəhid baş leytenant Orxan Hüseynovun doğum günü qeyd olunub
25 iyul Vətən Müharibəsi şəhidi baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun mövlud günüdür. Şəhidimizin dünyaya gəlməsinin 33-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, yerli təşkilatın sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslan və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
YAP Suraxanı rayon təşkilatının və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri öncə Orxan Hüseynovun Suraxanı rayon Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşlar.
Ziyarət əsnasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Möhtərəm İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. Vüqar Seyidov Vətən Müharibəsindən dörd ilə yaxın zaman keçməsinə baxmayaraq şəhid ailələri və qazilərin ilk günlərdə olduğu kimi diqqət mərkəzində olduğunu xüsusi vurğulamışdır.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.