Suraxanı rayonunda şəhid Yunis Əliyevin doğum günü qeyd edilib
19 yanvar şəhid Əliyev Yunis Zaur oğlunun doğum günüdür. 13.01.2022-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayonu 327 saylı tam orta məktəbin təşkilatçılığı ilə həmin məktəbin məzunu olmuş şəhid əsgər Əliyev Yunis Zaur oğlunun doğum günü ilə bağlı anım tədbiri təşkil olunmuşdur. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər iştirak etmişlər. Şəhidin doğum günü ilə əlaqədar təşkil olunmuş mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra şəhidin qısa lakin şərəfli həyata yolundan fraqmentləri özündə əks etdirən video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon 327 saylı tam orta məktəbin direktoru Səadət Məmmədova çıxış edərək bildirmişdir ki, Yunis özünü hər zaman ləyaqətli şagird kimi aparmış və yoldaşlarına nümunə olmuşdur. Səadət Məmmədova xüsusi qeyd etmişdir ki, qısa lakin mənalı, şərəfli həyat yoluna malik Yunisin keçmiş müəllimləri və sinif yoldaşları onu xoş xatirələrlə anır.
Şəhidin atası Əliyev Zaur Yunis oğlu çıxış edərək oğlunun xatirəsinin əziz tutulduğu üçün tədbirin təşkilatçılarına öz minnətdarlığını ifadə etmişdir. Şəhid atası onun ailəsinə və bütün şəhid ailələrinə göstərilən diqqəti xüsusi qeyd etmişdir. Zaur Əliyev həm ali rəhbərliyin, həm də Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının şəhid ailələri, qazilərə göstərdiyi qayğının böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.
Çıxış edən bütün natiqlər, şəhid ailələrinin nümayəndələri, qazilər, şəhidin döyüş yoldaşları Yunisin gənc vətənpərvər olduğunu xüsusi vurğulamışlar. Daha sonra tədbir 327 saylı tam orta məktəbin müəllim-şagird heyətinin hazırladıqları bədii hissə ilə davam etmişdir. Sonda görüş iştirakçıları birgə xatirə şəkili çəkdirmişlər.