Noyabrın 7-də Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş “8 noyabr – Zəfər günü” münasibətilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhidlərimizin ailə üzvləri və qaziləmiz, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon Prokuroru Rəşid Mahmudov, Suraxanı rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon idarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, rayonun idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzərək xatirəsi ehtiramla anılıb.
Sonra 3 №-li Uşaq Gənclər İnkişaf mərkəzinin, 87, 97, 114, 196, 226, 282, 279 saylı tam orta məktəblərin təqdimatında “Qarabağ – Zəfər guşəsi” adlı sərgiyə baxış keçirilib. Sərgidə Qarabağımızın milli geyimləri, musiqisi, mətbəxi, xalçaları və digər nümunələr nümayiş olunub.