Suraxanı rayonunda İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında şahmat üzrə turnir keçirilib

Suraxanı rayonunda İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında şahmat üzrə turnir keçirilib

Suraxanı rayonu 154 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında şahmat üzrə turnir keçirilib. Turnirin açılış mərasimində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, məktəbin direktoru Mahru Rəcəbova çıxış edərək 20 il ərzində ölkəmizdə Prezident İlham Əliyevin sayəsində ölkəmizin bütün sahələr üzrə sürətli inkişafı, ölkəmizin dünya birliyinə inteqrasiyası, qüdrətli dövlətlər sırasında yer aldığını diqqətə çatdırdılar. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə yenilməz Azərbaycan Ordusunun uğurlarının Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olunduğunu və şanlı zəfərimizin Azərbaycanı qələbədən-qələbəyə doğru irəlilədiyi vurğulandı. Rəsmilər yarış iştirakçılarına uğurlar arzu etdilər.