Suraxanı rayonunda hərbi qulluqçu Davud Məmmədli son mənzilə ehtiramla yola salınıb
Daşkəsən rayon ərazisində "N" saylı hərbi hissədə xidmət zamanı ildırım vurması nəticəsində dünyasını dəyişmiş Suraxanı rayonu Əmircan qəsəbə sakini Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər 2003-cü il təvəllüdlü Məmmədli Davud Fuad oğlunun dövlət bayrağına sarılmış nəşi yaşadığı Əmircan qəsəbəsindəki evlərinə gətirilərək ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilmişdir.
Daha sonra hərbi qulluqçunun dövlət bayrağına sarılmış nəşi Suraxanı rayonu Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında dövlət himnimizin sədaları altında dəfn olunmuşdur. Vida mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirakı etmişlər.
Hərbi xidmət zamanı şəhid olmuş, vəfat etmiş bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk!