Suraxanı rayonunda “Heydər Əliyevin həyat yolu” adlı tədbir keçirilib

Suraxanı rayonunda “Heydər Əliyevin həyat yolu” adlı tədbir keçirilib
İyulun 10-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində 14 iyul-Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi günlə əlaqədar “Heydər Əliyevin həyat yolu” adlı tədbir keçirilib.
Tədbirdə rayon idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, Suraxanı Rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşı Nigar Həsənova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi Şölət Zeynalov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, AYB-nin üzvü şair-publisist Allahverdi Cəfərov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması və ölkəmizin inkişafındakı misilsiz xidmətlərindən bəhs edərək, onun zəngin siyasi irsinin bu gün də aktuallığını qoruduğunu vurğulayıblar.
Neftçi-şair Zaməddin Həmişəyev və “Uğurlu yol” qəzetinin əməkdaşı, şəhid atası Polad Əlincəli Ümummilli Lider Heydər Əliyevlə şəxsi görüşlərinə dair xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Onlar Ulu Öndərin insanlarla ünsiyyət mədəniyyətindən, diqqət və qayğıkeşliyindən, eləcə də yüksək mənəvi keyfiyyətlərindən bəhs ediblər. Çıxışlarında Heydər Əliyevlə şəxsən ünsiyyətdə olmaq imkanını həyatlarının ən dəyərli və unudulmaz xatirələrindən biri kimi qiymətləndirdiklərini bildiriblər.
Tədbirin sonunda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.