Suraxanı rayonunda “Dünya şöhrətli lider-Heydər Əliyev” adlı dəyirmi masa təşkil olunmuşdur

Suraxanı rayonunda “Dünya şöhrətli lider-Heydər Əliyev” adlı dəyirmi masa təşkil olunmuşdur

Suraxanı rayonunda “Dünya şöhrətli lider-Heydər Əliyev”

adlı dəyirmi masa təşkil olunmuşdur

 

06 may 2026-cı il tarixdə Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dünya şöhrətli lider-Heydər Əliyev” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.

 

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək, Dövlət himni səsləndirilib. 

Tədbiri giriş sözü ilə açan 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova bildirdi ki, Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək dedi ki, Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Məktəbin tarix müəllimləri Könül Talıbova, Təranə Cəbiyeva və bir qrup şagird çıxış edərək dedilər ki, Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.

Sonda Ulu Öndər Heydər Əliyevlə bağlı şagirdlər tərəfindən yazılan referat yazılar, şeirlər və divar məqalələri dinlənilib.