Suraxanı rayonunda “8 noyabr - Zəfər günü” ilə əlaqədar tədbir keçirilmişdir
8 noyabr- Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Suraxanı rayonu Cavanşir Rəhimov adına 146 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Suraxanı RİH başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qulam Səfərzadə, Şəhid ailələri və qazilər iştirak etmişdir.
Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dövlət himni səsləndi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Tacəddin Allahyarlı bildirdi ki, məktəblərdə vətənpərvəliklə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi gənclərin milli ruhda yetişməsinə müsbət təsir edir.
Tədbirdə məktəbin şagirdləri Zəfər gününə həsr etdikləri kompazisiyaları nümayiş etdirdilər.
Daha sonra Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Şəhid anaları və qazilər çıxış etmişlər.