Suraxanı rayonunda 14 iyul 1969-cu il - “Müasir Azərbaycan tarixinin dönüş nöqtəsi”adlı tədbir keçirilmişdir

14 iyul 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və Hövsan bələdiyyəsinin birgə təqdimatında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “14 iyul 1969-cu il- Müasir Azərbaycan tarixinin dönüş nöqtəsi” adlı tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov, Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə - Smeta bürosunun rəisi Şaiq Səfərov, şəhid ailə üzvləri, qazilər, qəsəbə ziyalıları, ictimiyyətin nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra “14 iyul 1969-cu il: “Müasir Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı video çarxı nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov salamlayaraq bildirmişdir ki, 14 iyul 1969-cu ildə xalqın taleyində yeni bir mərhələnin başladığı gün idi. Ən önəmlisi isə o illərdə Azərbaycanın milli kimliyinin qorunması və inkişafı üçün mühüm addımlar atıldı. Heydər Əliyev xalqını sevən, millətini düşünən, gələcəyi görən, uzaqgörən bir liderdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirdi ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə-Smeta bürosunun rəisi Şaiq Səfərov çıxışında 14 iyul 1969-cu ildə xalqın taleyində yeni bir mərhələnin başladığı gün idi. Ən önəmlisi isə o illərdə Azərbaycanın milli kimliyinin qorunması və inkişafı üçün mühüm addımlar atıldı. Heydər Əliyev xalqını sevən, millətini düşünən, gələcəyi görən, uzaqgörən bir lider idi. Onun 1969-cu ildən başlayan fəaliyyətinin izləri bu gün də müstəqil Azərbaycanın hər addımında hiss olunur.
Daha sonra çıxış edən digər natiqlər çıxışlarında xüsusi qeyd etmişlər ki, dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı.