Suraxanı rayonu 97 nömrəli məktəbdə “Zəfər Çələngi” adlı tədbir keçirilib

Suraxanı rayonu 97 nömrəli məktəbdə “Zəfər Çələngi” adlı tədbir keçirilib

03 noyabr 2023-cü il tarixində Suraxanı rayonu 97 nömrəli tam orta məktəbdə 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Zəfər Çələngi” adlı tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi uşaq və gənclərdə milli-mənəvi dəyərlərimizə hörmət, onların Vətənpərvər ruhda tərbiyəsinə, Şanlı Zəfərin təbliğinə və Şəhidlərin tanıdılmasına töhfə verməkdir.

Tədbirdə Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsi Əlixan Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev və digər qonaqlar iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra məktəbin müəllim və şagird heyətinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Şagirdlərin ifasında səhnəciklər tamaşaçıların diqqətinə çatdırılmışdır.

Suraxanı rayonu 97 nömrəli tam orta məktəbin təşkilatçısı Dilarə Seyidova çıxış edərək xalqımızın keçdiyi son iki yüz illik tarixə nəzər salaraq bu gün böyük fəxrlə qeyd etdiyimiz zəfərin tarixi əhəmiyyətindən danışdı.

Suraxanı rayonu 97 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən Fəridə Haqverdiyeva çıxış edərək dedi ki, Azərbaycan əsgəri ona verilən hər tapşırığın icrasını canı-qanı bahasına yerinə yetirir yüksək mənəvi keyfiyyətlərə malik ordu kimi müharibəni peşəkarcasına ancaq əli silah tutan və ölkəsinin ərazi bütövlüyünə təhdid mahiyyəti daşıyan şəxslərə qarşı aparırdı.

Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsi Əlixan Əliyev çıxış edərək bildirdi ki, yeniyetmələrin Vətənpərvər ruhda tərbiyəsi, Şanlı Zəfərin təbliği və Şəhidlərin tanıdılması böyük tarixi əhəmiyyətə malikdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev öz növbəsində müasir Azərbaycan Respublikasının tarixində Vətən Müharibəsində qazanılmış Zəfər qədər, ona bərabər başqa bir qələbənin mövcud olmadığını vurğulamışdır. Yerli təşkilatın nümayəndəsi məktəb kollektivinə həm nümunəvi çıxışları, həm də məktəblilərin, gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində yorulmaz fəaliyyətlərinə görə öz dərin minnətdarlığını bildirdi.

Sonda xatirə şəkili çəkdirilmişdir.