Suraxanı rayonu 84 nömrəli tam orta məktəbdə “Şuşa ili” nə həsr olunmuş tədbir keçirilib

Suraxanı rayonu 84 nömrəli tam orta məktəbdə “Şuşa ili” nə həsr olunmuş tədbir keçirilib

İyun  ayının  2-də 84 nömrəli tam orta məktəbdə “Şuşa ili” nə həsr olunmuş “Qarabağ Azərbaycandır!” mövzusunda  tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd müasir və müstəqil Azərbaycançılıq ideyalarının və xalqımızın qəhrəmanlıq salnaməsinin, şanlı qələbəmizin  təbliği,  milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti,  Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının əməkdaşları, Suraxanı rayon Veteranlar Şurasının sədri, məktəb direktorları, 84 nömrəli məktəbin rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin ifasında qələbəmizə, işğaldan azad olunmuş torpaqlarımıza həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəbin həyətində Şuşaya, qələbəmizə həsr olunmuş sərgi təşkil olunub. Vətənpərvərlik mövzusunda hazırlanmış səhnəciklər, şeirlər, mahnılar, rəqslər nümayiş olunub. Sonda göy, qırmızı, yaşıl geyimdə olan ibtidai sinif şagirdləri flaşmob vasitəsilə qələbə  sözünü əks etdiriblər.

 Tədbirdə çıxış edən dəyərli qonaqlar, məktəb rəhbərliyi  bildiriblər ki, məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan Şuşa şəhəri və digər ərazilərimiz özümüzə qaytarılıb. 2022-ci ilin “Şuşa ili” elan olunması bu baxımdan böyük tarixi əhəmiyyətə malikdir. Sonda tədbirin təşkilinə görə əziyyəti keçən müəllim və şagird heyətinə təşəkkür edilib.