Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib

İyunun 14-də Bakı şəhəri Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Röya İslamova bildirdi ki,  Bu gün məktəb həyatınızın ən yadda qalan günlərindən biridir – Son zəng günü! Sizin üçün illərlə davam edən zəhmətin, əzmin və əsl dostluqların son akkordu səslənir. Hər birinizi ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram.

Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülşən Şıxlarova çıxış edərək “Son zəng” münasibətilə bütün məzunları təbrik edib. O, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının təbrikini diqqətə çatdırıb.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını, xoş arzularını, diləklərini məzunlara çatdırıb. Nərgiz Çıraqova qeyd etmişdir ki, əziz məzunlar bu gün sizin həyatınızda əlamətdar bir gündür. Sizlər artıq uşaqlıq və yeniyetməlik illərini bitirir, gənclik həyatına qədəm qoyursunuz. Gənclik ömrün şahlıq dövrüdür. Hər birinizə arzu edirəm ki bu dövrü mənalı, keyfiyyətli yaşayasınız. Çünki Sizlər bizim gələcəyimizsiniz, bu dövlətin gələcəyisiniz. 

Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.