Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbdə 8 noyabr-Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva 8 noyabr-Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə qonaqları salamlayaraq balaca məktəblilərin öz təxəyyüllərinə uyğun tarixi, hərbi-siyasi qələbəni vəsf etdiklərini bildirdi. Hər bir şer deyən, nəğmə oxuyan balaca ürəkdə gələcək Poladların, Mübarizlərin yaşadığını deyən Südabə Abdullayeva vətən eşqinin məktəbdən başladığını xüsusi vurğuladı.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək dedi ki, Şanlı Zəfərin əldə olunmasında, qəhraman oğulların yetişdirilməsində məktəblərin rolu müstəsna əhəmiyyətə malikdir. Yerli təşkilatın nümayəndəsi onu da qeyd etmişdir ki, Prezident, YAP-ın sədri cənab İlham Əliyev də Şanlı Zəfərin əldə olunmasında digər amillərlə yanaşı məktəblərin də rolunu yüksək qiymətləndirib.
Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə öz çıxışında Vətən Müharibəsində əldə olunan qələbənin əhəmiyyətindən bəhs edərək canlarını düşmən gülləsinə sipər edən gənclərlə yanaşı, onları yetişdirən müəllimlərin də əməyini yüksək qiymətləndirib