Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbdə Zəfər günü qeyd edildi

Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbdə Zəfər günü qeyd edildi

7 noyabr tarixində 172 nömrəli tam orta məktəbdə Zəfər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Daha sonra Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Bağırova çıxışında Zəfər gününün xatirələrimizdə daima yaşadılmasının vacibliyini qeyd edərək, milli birliyimizin gücünü vurğulayıb. Bu tarixi günün əhəmiyyətini və önəmini böyük qürur və fəxr hissi ilə məktəblilərə çatdırıb. Xalqımızı Zəfər günü münasibətilə təbrik edib və Vətənimizin parlaq gələcəyinə dair öz arzularını ifadə edib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək məktəb icmasını Zəfər günü münasibətilə təbrik edib və bu önəmli günlə bağlı öz fikirlərini bölüşüb. Ərazi bütövlüyümüz uğrunda göstərilən fədakarlıqları və xalqımızın mübarizə ruhunu vurğulayıb. O, eyni zamanda Zəfər gününün millətimiz, Yeni Azərbaycan Partiyası, dünya Azərbaycanlıları üçün ən əziz bayramlardan biri kimi qeyd olunacağını tədbir iştirakçılarına bildirdi.

Tədbirdə məktəbin şagirdləri Zəfər gününə həsr etdikləri kompozisiyaları nümayiş etdirdilər.