Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbdə "son zəng" tədbiri keçirilmişdir

Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbdə "son zəng" tədbiri keçirilmişdir

İyunun 14-də Bakı şəhəri Suraxanı rayonu, Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

“Son zəng” tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və müavinləri, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər.  Tədbirdə çıxış edən RİH başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, məktəbin eks-direktoru Ceyran Novruzova məzunları təbrik etmiş, onlara həyatın növbəti mərhələlərində uğurlar diləmişlər.
Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.