Suraxanı rayonu 101 nömrəli tam orta məktəbdə Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib
Suraxanı rayonu 101 nömrəli tam orta məktəbdə Ümummilli Liderin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbridə məktəbin direktor vəzifəsini icra Səkinə Hüseynova, YAP Suraxanı rayon təşkiilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev və məktəb kollektivi iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır.
Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən Səkinə Hüseynova qonaqları salamlayaraq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev müdrik şəxsiyyətdir. O, hər kəsin görə bilmədiyi zərurətləri görmək iqtidarında olan bir lider idi. 1994-cü ildə ölkəmizin hərbi, siyasi, iqtisadi bir çox problemi olan bir vaxtda gənclərin problemlərini dilə gətirmiş və onların həlli ilə bağlı ciddi addımlar atmışdır.
YAP Suraxanı rayon təşkiilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirdi ki, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, getdiyi hər ölkədə əlində Azərbaycan xəritəsi Qarabağ Ermənistan-Azərbaycan münaqişəsninin doğru ifadəsi, tarixi torpaqlarımızın hüquqi sənədlərlə xalqımza məxsusluğunun sübutu Heydər Əliyev zirvəsinin diplomatik zəfərlərindəndir. Bir mənalıdır ki, Ulu Öndər Heydər Əliyevin müxtəlif zirvə və görüşlərdə qəti mövqeyi bu gün əldə etdiyimiz qələbənin əsasını təşkil edir.
Daha sonra məktəbin sagird-müəllim kollektivinin hazırladığı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompazisiya tədbir iştirakçılarına təqdim olunmuşdur.