5 may tarixində Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Yeni Azərbaycan Partiyası, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə Suraxanı Gənclər Evində Dahi Şəxsiyyət Heydər Əliyevin 99 -cu ildönümünə həsr olunmuş "Ən böyük azərbaycanlı - Heydər Əliyev" adlı rəsmi tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Suraxanı Rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Salman Əbdülov, Suraxanı Gənclər və İdman idarəsinin rəisi Amil Bağırov, Suraxanı Gənclər Evinin rəhbəri Natavan Rüstəmova, Qurban Abbasov adına Mədəniyyət sarayının bədii rəhbəri Bəhiyyə Nağıyeva, Azərbaycan Yazıçılar birliyinin üzvi Kamran Hacıyev, Evimizin fəal gəncləri, Suraxanı rayon məktəbliləri iştirak etmişdir.
Rəsmi qonağların çıxışından sonra, fəal gənclər tərəfindən Ulu Öndər Heydər Əliyev haqqında hazırladıqları təqdimatlar və məktəblilər tərəfindən səsləndirilmiş şeirlər nümayiş olunmuşdur.